RU

“Tarqovu”dakı məşhur restoranın sahibi olan dostlar - Anons

15 ildir dostluq edirlər, 10 ildir ki, biznes ortağıdırlar. Bir yerdə 10-dan çox biznes qurublar. Hazırda davam etməyənlərləri də var, amma uğurlu biznesləri də az deyil. Məsələn, “Xırtaxırt”, “Ferma art” restoranlar şəbəkəsi, “Ferma art” oteli, “Khazri” restoranı”, velosiped icarəsi sahəsində “Baku bike”, “Buta vending”, “Cool center”, “Holland Fries”.

Söhbət Turxan Əlizadə və Mahir Əlizadə dostlarından gedir.

Bir çox dostların biznes ortağı olduğunu, lakin ortaqlığın heç də dostluq qədər uğurlu olmadığını görürük. Bəs onların ortaqlıqlarının uğurunda sirr nədir?

Valyuta.az-ın qonağı olan dostlar öz biznes yollarından və uğurlu ortaqlıqlarının səbəblərindən danışıblar.

Qeyd edək ki, Turxanın əsas təhsili iqtisadiyyatla bağlıdır. Belə ki o, bakalavr təhsilini Türkiyənin Fatih universitetində alıb. Amma "Erasmus” proqramı vasitəsilə bakalavr təhsilinin bir hissəsini Litvada alır. Magistratura pilləsində təhsil almaq üçün isə İngiltərənin Çester Universitetini seçib.

Mahirin təhsili musiqi ilə bağlıdır. Bakı Musiqi Akademiyasında skripka üzrə təhsil alıb, musiqiçi kimi də fəaliyyəti olub, musiqi müəllimi kimi də.

Videomüsahibənin tam versiyası bu gün 19:00-da Valyuta.az-ın “Youtube” kanalında yayımlanacaq.

Anons:

Избранный
13
valyuta.az

1Источники