RU

İrandan təxliyə edilən orkestr Bakıda konsert verdi - VİDEO

Pyotr İlyiç Çaykovski adına Rusiya Dövlət Akademik Böyük Simfonik Orkestri iyunun 16-da Bakıda konsert proqramı ilə çıxış edib.

"Unikal" xəbər verir ki, konsert proqramı Azərbaycana təşəkkür məqsədilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində baş tutub. 

Tədbirdə səhnədə Rusiyanın tanınmış dirijorları, skripkaçıları və digər simfonik musiqi ifaçıları yer alıblar. 

Konsert proqramına Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, millət vəkili Polad Bülbüloğlu, Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov, eləcə də Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli qatılıblar. 

Qeyd edək ki, Simfonik Orkestrin musiqiçiləri İsrail-İran münaqişəsi başlayan zaman İranda qalmışdılar. Onlar Azərbaycan tərəfinin yardımı ilə iyunun 16-na keçən gecə Astara sərhəd buraxılış məntəqəsi vasitəsilə İrandan ölkəyə daxil olublar. 

Xatırladaq ki, musiqiçilər İranla İsrail arasında baş verən son gərginlik fonunda İranda yaranan təhlükəsizlik riski səbəbindən təxliyə olunan xarici vətəndaşlar arasında yer alıblar. Onlar İran ərazisində baş tutmalı olan bir sıra mədəni tədbirlərdə iştirak etmək məqsədilə bu ölkəyə səfər etmişdilər. Lakin bölgədəki son hadisələr səbəbindən tədbirlər təxirə salınıb və musiqiçilərin təhlükəsiz şəkildə ölkədən çıxarılması qərara alınıb.

Ağarza Elçinoğlu

Избранный
7
unikal.az

1Источники