
ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitini erkən tərk edib, Fransa prezidenti Emmanuel Makron isə Trampın “İsrail və İran arasında atəşkəsə vasitəçilik etmək üçün erkən getdiyini” iddia edib. Tramp erkən getməsinin səbəbini “Emmanuel həmişə səhv edir” deyərək izah edib.
"Truth Social" hesabından açıqlama verən Tramp, "Publika axtarışında olan Fransa prezidenti Emmanuel Makron, Kanadada keçirilən G7 Sammitini tərk edərək İsrail və İran arasında atəşkəs üzərində işləmək üçün Vaşinqtona qayıtdığımı söylədi. Yanlış!"
Onun sammiti tez tərk etməsinin atəşkəslə heç bir əlaqəsi yoxdur
Makronun niyə Vaşinqtona qayıtması ilə bağlı “heç bir fikri olmadığını” ifadə edən Tramp, Kanadadakı sammiti vaxtından əvvəl tərk etməsinin atəşkəslə heç bir əlaqəsi olmadığını və əsl səbəbin “bundan çox daha böyük bir şey” olduğunu qeyd edib.
"Emmanuel həmişə səhv edir"
Tramp, “Qəsdən olub-olmamasından asılı olmayaraq, Emmanuel həmişə yanılır” deyib.
Digər tərəfdən Makron G7 sammitində jurnalistlərə ABŞ liderinin İsrail və İran arasında atəşkəs təklifi verdiyini demişdi.
Makron, "Həqiqətən də bir araya gəlib görüşmək təklifi var. Xüsusi olaraq atəşkəsin yaradılması və sonra daha əhatəli danışıqların başlanması təklifi irəli sürülüb" demişdi.