RU

Dövlət Agentliyi: 4 ayda 29 qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumat olmayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 9 müəssisənin idxal etdiyi 29 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar olunub.

“Report” xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanmış bildirişlər əsasında məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub.

“İstehlakçıların məhsul və xidmətlər barədə dolğun, aydın və başa düşülən məlumat əldə etməsi, istehlak zamanı yarana biləcək potensial risklərin, həmçinin aldadılma və çaşdırılma hallarının qarşısının alınması baxımından qeyri-qida mallarının etiketlərində Azərbaycandilində məlumatların təqdim olunması mühüm əhəmiyyət kəsb edir. Bu tələbin məqsədi istehlakçıların seçim hüququnu təmin etməklə bazarda şəffaflığı artırmaqdır”, - deyə məlumatda qeyd olunub.

Избранный
8
8
report.az

9Источники