RU

"Deyir nə günə qalıb ki, kolbasa reklamına çəkilir, bədbəxt aparıcı var...”

Çəkildiyi kolbasa reklamı ilə müzakirələrə səbəb olan Xalq artisti Rasim Balayev açıqlama verib.

Milli.Az xəbər verir ki, bu barədə danışan aktyor bütün dünya ulduzlarının reklamlarda rol aldığına işarə verib.

"Deyir, Rasim Balayev nə günə qalıb ki, gedib kolbasa reklamına çəkilir. Reklamdır da bu. Neçə ildir çəkilmirəm. Kamera üçün darıxmışam, reklama çəkilirəm. Kino çəkilmir, ortada normal iş yoxdur.

Bədbəxt aparıcı var, deyir ki, Rasim Balayev yoxdur ölüb. Kino var ki, orada çəkiləm. Ssenari, yaxşı rejissor olmasa, alınmaz. Bu, kollektiv sənətdir. Onszuda mən də, sən də öləcəyik, ay bədbəxt! Düşük-düşük çıxıb danışmağa görə bu gündəyik".

Hüseyn
Milli.Az

Избранный
15
4
milli.az

5Источники