RU

Azərbaycandaməcburi sosial sığorta haqları üzrə daxilolmalar 7,8% artıb

2025-ci ilin yanvar-may ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 187,2 mln. manat və ya 7,8% artım qeydə alınıb.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 104,8 mln. manat və ya 13,9%, qeyri-büdcə təşkilatları üzrə isə 182,9 mln. manat və ya 11,9% artımla olub.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 102,6 mln. manat və ya 2,8% artım qeydə alınıb.

Fuad Mədətov
Finss.az

Избранный
8
1
fins.az

2Источники