RU

İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıb

İsrail İrana qarşı yeni əməliyyat hazırlayıb və bu, Livanın "Hizbullah" hərəkatına qarşı həyata keçirilən əməliyyatdan daha mürəkkəbdir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin ABŞ-dəki səfiri Yehiel Leyter bildirib.

"Biz bir neçə sürpriz hazırlamışıq. Cümə axşamı, cümə günü siz bir neçə sürprizin şahidi olacaqsınız. Onların fonunda peycer əməliyyatı demək olar ki, bəsit görünəcək", - o qeyd edib.

Xatırladaq ki, 2024-cü il sentyabrın 17-18-də Livanın müxtəlif bölgələrində rabitə cihazları, əsasən peycerlərlə bağlı çoxsaylı partlayışlar baş verib. Nəticədə 37 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. "Hizbullah" hərəkatı partlayışların təşkilində məsuliyyəti İsrailin üzərinə qoyub. Daha sonra İsrail rəhbərliyinin nümayəndələri əməliyyatın ölkənin xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini təsdiqləyiblər.

Избранный
2
4
bakivaxti.az

5Источники