İran Təl-Əviv, Hayfa və İsrailin digər hərbi obyektlərinə qarşı müasir silahlarla, həmçinin yüzlərlə zərbə PUA-sı ilə hücum edib və yaxın saatlarda hücumların daha da gücləndirilməsini planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə İran İslam Respublikası Ordusunun quru qoşunlarının komandanı, general-mayor Kiyumars Heydari məlumat verib.
“Düşmən bilməlidir ki, yeni və müasir silahlardan istifadə edilməklə, xüsusilə ordunun quru qoşunları tərəfindən silahlı qüvvələrin yeni və amansız hücum dalğası başlanıb və bu hücumlar yaxın saatlarda daha da güclənəcək”, – generalın sözlərini IRNA agentliyi yayıb.
O əlavə edib: “Yüzlərlə yüksək dəqiqliyə malik, uzun mənzilli və böyük dağıdıcı gücə sahib pilotsuz uçuş aparatı işğal olunmuş ərazilərdə, o cümlədən Təl-Əviv və Hayfada sionist rejimin silah anbarlarını və strateji hədəflərini uğurla vurub”.