RU

İran parçalansa, azərbaycanlıların taleyi necə olacaq? – İki variant var

İsrailli tarixçi və politoloq Avraham Şmuleviçin son müsahibəsi diqqət çəkib. Onun sözlərinə görə, İsrail hazırda Güney azərbaycanlı müxalif qüvvələrlə danışıqlar aparır. Bu məlumat regionda diqqətlə izlənilir və müxtəlif siyasi dairələrdə ciddi müzakirələrə səbəb olur. Bəzi ekspertlərin fikrincə, bu təmaslar təkcə cari hərbi-siyasi qarşıdurmanın bir hissəsi deyil, həm də bölgədə uzunmüddətli strateji məqsədlərlə əlaqələndirilə bilər.

Bu danışıqların hədəfləri nədir? Hazırkı hücum şəraitində müxalifət daxili parçalanma üçün lazımdır deyə danışıqlar aparır? Yoxsa bu, strateji hədəflə üçün edilir? İran parçalanarsa, Güneydə Azərbaycan muxtariyyəti yaradıla bilərmi?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, bu kimi hallarda tərəflər əsasən qarşı tərəfin xalqının gözündə həmin ölkənin hakimiyyətini nüfuzdan salmağa çalışırlar:

“Tarixdə bu cür hadisələrə tez-tez rast gəlinib. Məsələn, İkinci Dünya müharibəsi zamanı nasist Almaniyası sovet xalqına müraciət edərək bildirmişdi ki, onların düşməni sovet xalqı deyil, Stalindir. Oxşar yanaşmanı sovetlər də nasist Almaniyasına qarşı tətbiq edirdi. İran-İraq müharibəsində də buna bənzər taktikalardan istifadə olunmuşdu. Tərəflər psixoloji müharibə vasitəsilə həm öz mövqelərini gücləndirməyə, həm də qarşı tərəfin daxilində parçalanma yaratmağa çalışıblar.

Sultan
Sultan Zahidov

İsrailin Baş naziri Benyamin Netanyahu da çıxışlarında qeyd edirdi ki, onların düşməni İran xalqı deyil, İran rejimidir. O, həmçinin bildirirdi ki, İran və İsrail xalqları arasında qədim dostluq münasibətləri olub. Bu cür ritorika adətən müharibələr zamanı müşahidə olunur.
Hazırkı münaqişədə də tərəflər oxşar metodlardan istifadə edirlər. Əgər İsrail bu cür addımlar atırsa, məqsədi İran rejimini zəiflətməkdir. Digər tərəfdən, İran da daim bəyan edir ki, onun əsas hədəfi İsrail rejimini məhv etməkdir”.

Politoloq İlyas Hüseynov məsələyə münasibət bildirərək qeyd edib:

“Güney Azərbaycandan olan soydaşlarımızın İran rejiminə qarşı mövqeyi hər kəsə bəllidir. İran dövləti ölkənin şimalında əsasən türklərin yaşadığı bölgələrdə sərt və repressiv siyasət yürüdür. Oyanan milli şüura, azadlıq və istiqlal mübarizəsinə qarşı kəskin təzyiqlər göstərir. Bu baxımdan israilli ekspertin İranın şimal bölgəsindəki əhali ilə təmaslar və razılaşmalar barədə söylədikləri müəyyən qapalı və strateji məlumatları özündə əks etdirir.

Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun şəkildə bütün ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Bununla belə, dinc və müharibə şəraitində aparılan siyasətlərin mahiyyəti fərqli olur. Sülh dövründə məsələlərin danışıqlar yolu ilə həlli mümkün olduğu halda, müharibə zamanı daha sərt, radikal və nəticəyönümlü addımlar atılması zəruri hesab oluna bilər. Bu mənada, hazırkı gərgin vəziyyətin nə ilə nəticələnəcəyi suallar doğurur”.

ilyas
İlyas Hüseynov

Güney azərbaycanlılara yönəlik mümkün təhlükələrə toxunan İlyas Hüseynov əlavə edib:

“İsrailin hərbi strategiyasında mülki obyektləri hədəf almaq kimi bir məqsəd yoxdur. İsrail yaxşı bilir ki, İran əhalisinin böyük bir hissəsi – xüsusilə də qeyri-fars xalqlar hazırkı teokratik rejimə qarşıdır. Məsələn, beynəlxalq təşkilatlar tərəfindən yayımlanan illik antisemitizm indekslərinə əsasən, İran antisemitizmin ən aşağı səviyyədə olduğu Yaxın Şərq ölkələrindən biridir. Bu isə onu göstərir ki, İran xalqı, xüsusilə də Güney azərbaycanlılar, yəhudilərə və İsrailə qarşı mənfi münasibət bəsləmir”.

Избранный
10
2
turkustan.az

3Источники