RU

İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıb

İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıb...

İsrail İrana qarşı yeni əməliyyat hazırlayıb və bu, Livanın "Hizbullah" hərəkatına qarşı həyata keçirilən əməliyyatdan daha mürəkkəbdir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İsrailin ABŞ-dəki səfiri Yehiel Leyter bildirib.

"Biz bir neçə sürpriz hazırlamışıq. Cümə axşamı, cümə günü siz bir neçə sürprizin şahidi olacaqsınız. Onların fonunda peycer əməliyyatı demək olar ki, bəsit görünəcək", - o qeyd edib.

Xatırladaq ki, 2024-cü il sentyabrın 17-18-də Livanın müxtəlif bölgələrində rabitə cihazları, əsasən peycerlərlə bağlı çoxsaylı partlayışlar baş verib. Nəticədə 37 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. "Hizbullah" hərəkatı partlayışların təşkilində məsuliyyəti İsrailin üzərinə qoyub. Daha sonra İsrail rəhbərliyinin nümayəndələri əməliyyatın ölkənin xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini təsdiqləyiblər.

Poliqon.info

Избранный
4
4
poliqon.info

5Источники