RU

İsrailin “Görünməz Sipəri” – İran Raketlərinə qarşı necə müdafiə olunur?

İran son 5 gündə yüzlərlə ballistik raket və kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) ilə İsrailin şəhərlərinə zərbələr endirib. Bu cavab hücumları İsrailin hava hücumundan müdafiə sistemlərinin nə dərəcədə effektiv olduğunu da bir daha gündəmə gətirib.

İsrail ordusunun rəsmisi bildirib ki, çoxpilləli hava müdafiə sistemi hücumların 80-90 faizini zərərsizləşdirə bilib. Amma "heç bir müdafiə sistemi 100 faiz etibarlı deyil" - deyə o xəbərdarlıq edib.

İsrailin çoxqatlı hava müdafiə sistemləri necə işləyir?

"Arrow-2" və "Arrow-3" - Bu sistemlər İranın ballistik raket təhlükəsinə qarşı xüsusi olaraq hazırlanıb. "Arrow-2" atmosfer daxilində, "Arrow-3" isə daha yüksəkdə, atmosferdən kənarda hədəfləri vurur. Bu sistem mümkün nüvə başlıqlarının parçalanmasının yaratdığı riskləri minimuma endirir. Sistem İsrailin IAI dövlət şirkəti və ABŞ-ın "Boeing" şirkəti tərəfindən hazırlanıb.

"David’s Sling" (Davudun sapand sistemi) – 100-200 km məsafədən atılan raketlər, qanadlı raketlər, dronlar və təyyarələri vurmaq üçün nəzərdə tutulub. ABŞ-ın RTX (əvvəlki adı Raytheon) şirkəti və İsrailin "Rafael" şirkəti tərəfindən hazırlanıb.

"Iron Dome" (Dəmir Günbəz) – Qısa mənzilli hücumlara, xüsusilə də Qəzzadan atılan raketlərə qarşı istifadə olunur. Sistem yalnız əhalinin sıx yaşadığı ərazilərə yönəlmiş raketləri vurur, digərlərinə müdaxilə etmir. 2011-ci ildən istifadəyə verilib. Sistemin dəniz versiyası da 2017-ci ildə istifadəyə buraxılıb.

ABŞ-ın THAAD sistemi – ABŞ ordusu ötən ilin oktyabrında İsrailə "Terminal High Altitude Area Defense" (THAAD) sistemini yerləşdirib. Sistem ballistik raketləri onların uçuşun son fazasında vurur. İsrailə hücum zamanı ABŞ-ın həm qurudan, həm də Aralıq dənizində yerləşən hərbi gəmilərindən bu sistem vasitəsilə dəstəyi təsdiqlənib.

Hava-hava müdafiəsi - İsrailin döyüş helikopterləri və qırıcıları hava hücumları zamanı bir neçə dronu havada məhv edib. İordaniya hava qüvvələri də öz hava məkanına daxil olan raket və dronları vurduğunu açıqlayıb.

Mütəxəssislər bildirir ki, İsrailin hava hücumundan müdafiə sistemi dünyada ən mürəkkəb və çoxqatlı sistemlərdən biridir. Lakin bu hücumlar göstərdi ki, hətta belə sistemlər belə, kütləvi hücumlar qarşısında tam zəmanət vermir. Regionda vəziyyətin gələcək gedişatı isə daha çox siyasi qərar və diplomatik səylərlə müəyyən olunacaq.

Избранный
16
3
news365.az

4Источники