RU

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib

İlham

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib.Söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq bildirildi, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı.Əlaqələrimizin möhkəmlənməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunuldu, bu xüsusda Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri və keçirilən səmərəli müzakirələr qeyd olundu.Qonaq vurğuladı ki, Şimali Makedoniya Azərbaycanı dost ölkə kimi qəbul edir.Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrimizin perspektivlərinə dair müzakirələr aparıldı, Azərbaycan və Şimali Makedoniyanın qanunverici orqanları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu.İlhamUlusum.az

Diqqət Çəkənlər

İsrailin İran planı təkcə günlər yox, həftələrlə davam edə bilər – CNN xəbər verir

Şəkərin kölgəsində gizlənən xərçəng riski

“Aclıq silaha çevrilir, Yaxın Şərq yanır” – Sandersdən həyəcan təbili

Избранный
8
49
ulusum.az

10Источники