RU

NİİM dən yük avtomobillərinin sürücülərinə MÜRACİƏT FOTO

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yük avtomobillərinin sürücülərinə müraciət edib.

Milli.Az xəbər verir ki, müraciətdə deyilir:

"Texniki nasaz yük avtomobilləri yollarda qalır, nəqliyyat sıxlığı yaranır. Paytaxtın Ziya Bünyadov, Tbilisi prospektləri, Bakı-Sumqayıt şosesində bir neçə yük avtomobilinin yollarda qalması metronun "Koroğlu", "20 Yanvar" və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Xüsusilə də ağır çəkili, iri qabaritli yük avtomobillərinin bu səbəbdən yolun hərəkət hissəsində və kənarlarında qalmaları, sürücülərin təhlükəsizlik qaydalarına əməl etməmələri digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradır. Bəzi hallarda bu diqqətsizlik və məsuliyyətsizlik yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının görünüş dairəsində bu ilin yanar-may ayları ərzində ümumilikdə 852 texniki nasaz avtomobili yolda qalıb ki, onların da bir neçəsi yük avtomobilləridir".

"Yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalı, hərəkət zamanı nasazlıq yarandıqda qəza dayanma nişanı və işıq siqanlı yandırmaqla təhlükəsizliyi təmin edilməlidir", - qurumdan qeyd edilib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
33
news.milli.az

10Источники