RU

Rusiya səfiri: Azərbaycanlı qardaşlarımız çətin vəziyyətdə bizə kömək etdilər

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 iyun, AZƏRTAC

Bildiyiniz kimi, hazırda İrandan təkcə Rusiya deyil, digər ölkələrin vətəndaşları olan əcnəbilər də təxliyə olunur. Cümə günü, iyunun 13-də mən Azərbaycan tərəfindən kömək istədim və dərhal maksimum dəstək aldım. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və bütün həmkarlarıma təşəkkür edirəm.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında P.İ. Çaykovski adına Böyük Simfonik Orkestrin konsertindən sonra deyib.

Rusiyalı diplomat bildirib: “Şənbə günündən Rusiya vətəndaşları Astara vasitəsilə İranı tərk edirlər. Azərbaycanın sayəsində Rusiya vətəndaşlarını Bakıya aparmaq üçün avtobuslar ayrılır. Biz Rusiya nümayəndəliklərinin və səfirliyin əməkdaşlarının ailə üzvlərini, qadınları və uşaqları təxliyə edirik. Azərbaycan tərəfi onları nəinki Bakıya aparıb, həm də paytaxtda pulsuz otellər verib. Çox sağ olun”.

Onun sözlərinə görə, bu faciəvi hadisə göstərir ki, həqiqi dostlar, həqiqi tərəfdaşlar var. “Rus atalar sözü var: “Əsl dost çərin gündə tanınar”. Belə çətin gündə azərbaycanlı qardaşlarımız bizə kömək etdilər, bizimlə çiyin-çiyinə verdilər. İyunun 17-də Rusiya nümayəndəliklərindən olan vətəndaşlarımızın əksəriyyəti, onların ailə üzvləri, uşaqları və bu gün çıxış edən orkestr Moskvaya uçacaq”, - deyə M.Yevdokimov əlavə edib.

Diplomat diqqətə çatdırıb ki, orkestr Azərbaycan tərəfdən belə gözəl dəstəyi görəndə Bakı Filarmoniyasında çıxış etmək ideyası yaranıb: “Düzünü desəm, əvvəlcə düşündüm ki, uğur qazana bilməyəcəyik, çətin işdir, çox vaxt aparacaq. Elə buradaca Mədəniyyət Nazirliyinin və filarmoniyanın timsalında Azərbaycan tərəfi möhtəşəm təşkilatçılıq nümayiş etdirdi. Faktiki olaraq, iyunun 16-da səhər konsert təşkil olundu. Orkestr səhər saat 6-da Bakıya gəldi və nahardan sonra məşq etdi, sonra çıxış oldu. Nəinki zalda boş yerlər yox idi, həm də insanlar dəhlizlərdə dayanır, pilləkənlərdə otururdular. Azərbaycanlı qardaşlarımıza bir daha təşəkkür edirəm”, -deyə səfir sözlərini tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
2
azertag.az

3Источники