RU

İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak etmək üçün Avstriyaya səfər edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.

“İki sahil” xəbər verir ki,  Nazirlikdən bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ərəb Koordinasiya Qrupuna daxil olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb. Görüşdə Azərbaycan və BƏƏ arasında iqtisadi-ticarət əlaqələrinin genişləndiyi vurğulanıb. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sahəsinə sərmayə qoyuluşu, həmçinin fondun ölkəmizdə infrastruktur layihələrinə göstərdiyi dəstək qeyd olunub. Ölkəmizin iqtisadi potensialı və əlverişli işgüzar mühiti barədə məlumat verilib. Tərəflər enerji, infrastruktur, innovasiya və digər istiqamətlərdə əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanları müzakirə olunub.

İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşdə Qrupa daxil olan qurumlarla uğurlu əməkdaşlıq həyata keçirildiyi bildirilib. Davamlı artım və infrastruktur quruculuğu baxımından Bankla səmərəli tərəfdaşlıq qeyd olunub. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və prioritetlər haqqında məlumat verilib. Birgə fəaliyyətin genişləndirilməsi, ölkəmizin özəl sektorunda inkişaf, 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının Azərbaycanda keçirilməsi və gündəlikdə olan digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə qarşılıqlı əlaqələrin ölkəmizin enerji sektorunun şaxələndirilməsinə töhfə verdiyi qeyd edilib. Bərpa olunan enerji, infrastruktur və texniki yardım sahələrində işbirliyi imkanları dəyərləndirilib.

Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. 2025-2030-cu illəri əhatə edən sənəd sənaye, bərpa olunan enerji, nəqliyyat, infrastruktur və digər istiqamətlərdə dövlət və özəl sektor layihələrinin dəstəklənməsini nəzərdə tutur. Sənəd çərçivəsində həyata keçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, eləcə də kiçik və orta sahibkarlığın inkişafı baxımından önəm kəsb edir.

Избранный
13
7
ikisahil.az

8Источники