İran “Mossad”ın Herzliya şəhərindəki binasını raketlə vurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
***
TASS xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin “Mossad” kəşfiyyat agentliyinin Təl-Əvivdəki əməliyyat planlaşdırma mərkəzini vurduğunu açıqlayıb.
Bəyanatda, həmçinin qeyd olunub ki, İsrail hərbi kəşfiyyat idarəsinə də zərbələr endirilib.
Hadisə yerindən görüntüləri təqdim edirik: