RU

Ana südü problemi yaşayanlara vacib məsləhətlər

Pravda.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ana südünün azlığı bəzi hallarda körpənin kifayət qədər qidalanmamasına və nəticədə inkişaf problemlərinə səbəb ola bilər.Pravda.az bildirir ki, bu kimi hallarda süd istehsalını artırmaq üçün düzgün qidalanma və tez-tez əmizdirmə əsas rol oynayır.Süd azlığının səbəbləri

Körpənin az əmizdirilməsi, düzgün olmayan əmizdirmə mövqeyi, doğum nəzarət dərmanları, körpənin əmizdirilmə zamanı sərbəst buraxılmaması və süni qidalarla yanaşı qidalanması süd miqdarını azalda bilər.

Südün kifayət qədər olub-olmadığı necə bilinir?

Bunun üç əsas göstəricisi var: körpənin çəkisinin artması, gündə 5-6 dəfə sidik və nəcisləmə, və aktivliyi.

Ana südünü artırmaq üçün nə etməli?

Gündə 3–3,5 litr maye (su, ayran, çorba, şəkərsiz kompot) qəbul edilməli, süd, qatıq, yumurta, ət, balıq kimi proteinlə zəngin qidalar mütləq rasionda yer almalıdır. Körpə hər istədikdə əmizdirilməlidir — bu südün davamlılığı üçün vacibdir. Həmçinin anaların kifayət qədər istirahət etməsi də vacibdir.Bitki çayları (çobanyastığı, şüyüd, gicitkən və s.) dəstəkləyici olsa da, əsas təsir tez-tez əmizdirmədən gəlir. Südün bol olması üçün döşün tam boşalması və əmizdirmənin davamlılığı ən önəmli amildir.

Əminə Bayramova 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
pravda.az

2Источники