RU

ABŞ İrana nüvə sazişi və atəşkəs məsələsində görüşmə təklif etdi

ABŞ İrana nüvə sazişi və atəşkəs məsələsində görüşmə təklif etdi

ABŞ Prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof ilə İranın Xarici İşlər naziri Abbas Ərakçi arasında bu həftə ərzində görüş keçirilməsi ehtimalının ABŞ tərəfindən İranla müzakirə edildiyi iddia olunub.

Axios xəbər saytına danışan məsələdən xəbərdar olan dörd rəsmi iki ölkə arasında planlaşdırılan mümkün təmasın əsas məqsədinin nüvə sazişi və İran ilə İsrail arasında baş verən qarşıdurmaların dayandırılması məsələlərini müzakirə etmək olduğunu bildiriblər.

Adının açıqlanmasını istəməyən amerikalı rəsmilərdən biri Axios-a verdiyi açıqlamada “Bu həftə iranlılarla bir görüşün keçirilməsi nəzərdən keçirilir” deyərək Vitkof ilə Ərakçi arasında görüş ehtimalını təsdiqləyib.

Xəbərdə Tramp administrasiyasının bu görüş təklifini dünən İran tərəfi ilə paylaşdığı iddia olunur. Eyni zamanda Trampın İranın Fordo uranı zənginləşdirmə müəssisəsini məhv edə biləcək sığınacaq deşici bombaları, Tehrana sazişə məcbur etmək üçün mühüm təzyiq vasitəsi kimi gördüyü də qeyd olunur.

Избранный
14
afn.az

1Источники