RU

Samuxda “tullantıları hədiyyələrə dəyiş” tədbiri keçirilib

Vətəndaşların böyük marağına səbəb olan “Tullantıları hədiyyələrə dəyiş” tədbiri Samuxda keçirilib.


.“Konstitusiya və Suverənlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Samux Rayon İcra Hakimiyyətinin, “AzEkol” MMC-nin, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Samux rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.


Rayon sakinlərinin böyük marağına səbəb olan tədbir zamanı həm uşaqlar, həm də böyüklər aktiv iştirak edərək ümumi tutumu 4443 litr olan plastik butulka təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.


Bu təşəbbüs tullantıların qarşısının alınması, resurslardan daha səmərəli istifadə və təkrar emala dəstək məqsədi daşıyır. Ekologiya.az
Избранный
11
2
ekologiya.az

3Источники