İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (10.06.2025-16.06.2025) məlumat açıqlanıb.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, azad olunan ərazilərdə iyunun 10-dan 16-dək 29 tank əleyhinə, 131 piyada əleyhinə mina, 528 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib, 1258.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.