RU

G7 liderləri Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər

Bakı, 17 iyun, AZƏRTAC

G7 liderləri iyunun 17-də Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər. Müzakirələr ABŞ Prezidenti Donald Trampın iştirakı olmadan keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, müzakirə zamanı G7 liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələsinə diqqət yetirəcəklər. Qonaqlar arasında Ukrayna Prezidenti Volodimir Zelenskinin də olacağı gözlənilir.

Nəşr xatırladır ki, Moskvaya qarşı yeni məhdudiyyətlərin tətbiqinə qarşı çıxan ABŞ lideri dəfələrlə sanksiyaların çox baha başa gəldiyini və bunu ilk növbədə avropalıların etməli olduğunu bildirib.

Bir müddət öncə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyi məlum olub.

 

Избранный
10
azertag.az

1Источники