RU

Vaqif Sadıqov: Gözlənilməyən qərar qurulan işi yenidən başlamağa məcbur edir

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Vasili Berezutski ailə səbəbinə görə komandadan ayrılıb. "Sabah" ilk dəfə bu mütəxəssisin rəhbərliyi altında Azərbaycan Kubokunu qazandı. Hamımız Berezutskinin rəhbərliyi altında bu yolu davam etdirəcəyini gözləyirdik".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.

Məşqçilər Komitəsinin sədri "Sabah"ın baş məşqçisi Vasili Berezutskinin komandadan ayrılmasına münasibət bildirib: "Qəflətən verilən qərar onu göstərdi ki, "bayquşlar" ilk növbədə baş məşqçi məsələsini həll etməlidir. Yeni məşqçi, yeni sistem vaxt tələb edəcək. Avropa Liqasının oyunlarına bir aydan az vaxt qalmasını nəzərə alsaq, klub bir neçə istiqamətdə fəaliyyət göstərməlidir. Çətin vəziyyət yaranıb. Gözlənilməyən qərar qurulan işi yenidən başlamağa məcbur edir. Fikrimcə, "Sabah" rəhbərliyi düzgün seçim edərək "sükan arxasına" bu posta layiq olan mütəxəssis dəvət edəcək".

Qeyd edək ki, Azərbaycan Kubokunu qazanan "Sabah" ölkəmizi Avropa Liqasında təmsil edəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
icma.az

2Источники