RU

Hər bir halda dünya müharibəsinin astanasındayıq”

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

“İran - İsrail müharibəsi getdikcə alovlanır. Yaxın vaxtlarda danışıq, atəşkəs ehtimalı azdır. Əksinə ABŞ-nin İsrailə dəstək olaraq açıq şəkildə savaşa birbaşa qoşulması gözlənilir. İsrail uzun müddətdir İrana qarşı hazırlamış olduğu planı tam həyata keçirməmiş dayanmaq niyyətində deyil. İran isə demək olar ki, yalnız özünü, rejimi qorumaq üçün vuruşur. İsrailin əsasən mülki binalarını vura bilir, minimum mülki insan tələfatına nail ola bilirsə, İsrail isə onun hərbi, strateji nöqtələrini, yüksək rütbəli hərbi-siyasi fiqurları aradan götürür. Eyni zamanda İsrail əsl hədəfinə doğru siyasi addımlar da ataraq İranın məlum teokratik rejimini dəyişmək üçün müxtəlif üsullarla hərəkətə keçib. Kürd, bəluc, türkmən, bəhai, hətta fars qruplarla iş apararaq daxili iğtişaşlar, vətəndaş - hakimiyyət qarşıdurması yaratmaq istiqamətində işlər aparır”.

Bunu Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib. Onun sözlərinə görə, İsrailin artıq İran hakimiyyətinə namizədi də hazırdır:

“Bu, ABŞ-də yaşayan sabiq şahın oğlu Reza Pəhləvidir. İsrailin planları çərçivəsində Güney Azərbaycanın azadlığı məsələsinin olmadığı görünür. Əsasən kürd birliklərinə dəstək verir və Urmiyanı da münaqişə ocağı olaraq təsis etməyi planlayır. Ola bilsin Türkiyə ilə münasibətlərin gərginliyi fonunda İranın indiki rejimi getdiyi halda Güney Azərbaycanın müstəqil olmasını təhlükə hesab edir. Rza Pəhləvini gətirərək kürdlərə muxtariyyət verməyi də planlaya bilərlər. Görünən odur ki, planlamada ayətulla rejiminin çökdüyü halda hakimiyyəti islahatçı Pezeşkiana dövr etmək də mümkünsüzdür. İsrail baş nazirinin hətta İran və yəhudi xalqlarının tarixinə toxunaraq Kirin adını çəkməsi, şahın oğlu ilə eyni zamanda İran xalqına müraciət edərək ayağa qalxmağa çağırmaları İranda fars şovinist şah rejiminin geri qaytarılmasının nəzərdə tutulduğunu göstərir. Bu isə həm Güney Azərbaycan əhalisini, həm də molla rejimi kimi şah rejimindən də ikrah edən digər qrupları narahat edir və "dinsizin gedib imansızın gəlməsi"ndənsə susmağı üstün tuturlar”.

T.İrfan deyib ki, ABŞ hazırda prosesə əyani şəkildə müdaxilə edəcək:

“Nəticə etibarı ilə demək olar ki, əsas nüvə obyektlərini tam sıradan çıxarmaq, hakimiyyətin bütün hərbi strateji dayaqlarını məhv etmək, ən əsası isə İsrailə olan raket hücumundan müdafiə üçün ABŞ hazırda prosesə əyani şəkildə müdaxilə edəcək. Gedişatın isə daha da gərginləşəcəyi gözlənilir. Pakistan və Türkiyənin əsas narahatlığının kökündə isə İsrailin İrandan sonra Türkiyəyə qarşı ehtimal edilən təhlükəsidir. İsrailin "Vəd edilmiş torpaqlar" planı üzərindən hərəkət etməsi halında şübhəsiz ki, Türkiyəni gözləyən təhlükə göz önünə gəlir. Amma bu planın Türkiyəni əhatə etməyəcəyinə hələ ki, heç kəs qarant durmayıb. Buna baxmayaraq Pakistan və Türkiyənin, eyni zamanda Çinin hadisələrə hər hansı formada tezliklə əyani müdaxiləsi görünmür. Mümkündür ki, maraqların toqquşduğu son anda Rusiya və Çinin də daxil olduğu anti-İsrail, anti-ABŞ kualisiyası formalaşsın. Hər bir halda dünya müharibəsinin astanasındayıq”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
1
redaktor.az

2Источники