RU

Qarabağ və Şərqi Zəngəzura qayıdış prosesində ilk növbədə kimlərə üstünlük verilir? – AÇIQLAMA

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzura qayıdış prosesində ilk növbədə ənağır şəraitdə, yataqxana, sanatoriya, pansionat, yarımçıq binalar,başqa vətəndaşlara məxsus mənzillərdə müvəqqəti məskunlaşan keçmişməcburi köçkünlərə üstünlük verilir.

Bunu Trend-əaçıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda ev, mənzillərinbölgüsü obyektivlik və şəffaflığın təmini məqsədilə ailətərkiblərinə uyğun olaraq Dövlət Komitəsində püşkatma yolu iləaparılır.

“Həmin tədbirlərdə Dövlət Komitəsinin rəsmiləri ilə yanaşı,İctimai Şura, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərininəməkdaşları, yerli icra hakimiyyəti orqanlarının işçiləri vəmedianın iştirakı təmin edilir”, - sədr müavini qeyd edib.

Избранный
13
1
az.trend.az

2Источники