RU

Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə Çərçivə Sənədi imzalayıb FOTOLAR

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İqtisadiyyat Nazirliyi və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, sənəd OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində fondun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə imzalanıb.

Nazir qeyd edib ki, 2025-2030-cu illəri əhatə edən sənəd sənaye, bərpa olunan enerji, nəqliyyat, infrastruktur və digər sahələrdə dövlət və özəl sektor layihələrinin dəstəklənməsini nəzərdə tutur. Bu istiqamətdə həyata keçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək.

"Fondun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə qarşılıqlı əlaqələrin ölkəmizin enerji sektorunun şaxələndirilməsinə töhfə verdiyini qeyd etdik. bərpa olunan enerji, infrastruktur və texniki yardım sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik",- deyə M.Cabbarov əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
13
sia.az

10Источники