RU

PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşdi

Azərbaycanda PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib.

Viral.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Aviasiya haqqında” qanuna dəyişikliklərdə əksini tapıb.

Qanuna əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat dövlət rüsumu müəyyənləşib.

Son Yazılar:

Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin və model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün isə 10 manat dövlət rüsumu tətbiq olunacaq.

Избранный
6
18
viral.az

10Источники