Operativ MM saytından alınan məlumata görə, ain.az bildirir.
Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi iyunun 17-də Azərbaycana rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fazil Mustafa, Azərbaycanın Serbiyada səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Spiker Afrim Qaşi ölkəmizə səfəri çərçivəsində dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, bununla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının tədbirlərinə qatılacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.