ain.az bildirir, Azvision saytına əsaslanaraq.
Bu barədə İsrail Ordusunun mətbuat xidmətinin sözçüsü Effi Defrin jurnalistlərə açıqlamasında məlumat verib. O diqqətə çatdırıb ki, növbəti hücum cəhdinə hazırlaşan iranlı əsgərlər və onların raket buraxılış qurğusu dəqiqliklə müəyyənləşdirilərək PUA zərbəsi ilə sıradan çıxarılıb. Daha əvvəl İsrail Hərbi Hava Qüvvələri İranın qərbinə bir sıra aviazərbə endirib. Burada İrana məxsus zenit və ballistik raket buraxılış qurğularına, habelə PUA məntəqələrinə sərrast aviazərbələr endirilib. Eyni zamanda, İran ərazisindən İsrailə doğru buraxılan 30-a yaxın PUA və bir helikopter də vurulub.
İranın 30 PUA-sı vurulub | VİDEO
Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır.
pic.twitter.com/hW9YbQHRNM
June 17, 2025
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.