RU

FETÖ əməliyyatı: Həbs olunanlar var

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Ankara Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində FETÖ/PDY silahlı terror təşkilatının "məxfi xidmətlər" strukturu ilə əlaqəsi olan 10 şübhəli barəsində həbs qərarı çıxarılıb.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, bu şəxslər arasında 2 polkovnik, 1 mayor, 1 rütbəli zabit və 6 hərbi tələbə yer alır.

Şübhəlilərin mülki şəxslərlə əlaqə saxladığı və təşkilatın gizli rabitə vasitələrindən istifadə etdiyi müəyyən edilib.

Bildirilib ki, əməliyyatlar Ankara mərkəzli iki vilayətdə eyni vaxtda həyata keçirilib və nəticədə şübhəlilərdən 7-si nəzarətə alınıb.

Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
bakivaxti.az

2Источники