RU

"Qarabağ" Benzianın boşluğunu onunla doldurur - HƏMİN BALLESTERO KİMDİR?

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Yassin Benzianın boşluğunu Dieqo Ballestero ilə doldurmaq istəyir.

Lakin son Azərbaycan çempionu onun uğrunda mübarizə aparan tək klub deyil. Ballestero ilə Türkiyə təmsilçiləri – “Başakşehir”, “Qaziantep”, “Kayserispor”, həmçinin Serbiya “Baçka Topola”sı da yaxından maraqlanır. Avropa transfer saytları isə bu keçiddə “Qarabağ”ı daha şanslı hesab edirlər.

Hazırda “Alayuelense”də çıxış edən futbolçu kimdir?

Dieqo de Xesus Kampos Ballestero — 1 oktyabr 1995-ci ildə Kosta-Rikanın paytaxtı San-Xose şəhərində anadan olub. Əsasən cinah hücumçusu və ya saxta forvard kimi çıxış edir. Hazırda Kosta-Rikanın ən güclü klublarından biri olan “Alayuelense”də oynayır və milli komandanın da şərəfini qoruyub.

Karyera Statistikası

•    Dieqo Kampos futbol həyatına Montverde Akademiyasında (ABŞ) başlayıb. Daha sonra Klemson Universitetində (2014–17) təhsil aldığı müddətdə "Klemson Tayqers" komandasında çıxış edib. Burada o, 81 oyunda 23 qol və 22 assistlə yadda qalıb. 

•    “SİMA Aquilas” (ABŞ) - 2017

Ballestero ABŞ II Liqasında çıxış edib. O, 8 görüşdə 6 qol vurub. 

•    “Çikaqo Fayr” (ABŞ) - 2018–20

Dieqo 2018-ci ilin MLS Superdraftının 38-ci sırasındada seçilib. O, MLS-də 33 matça 1 qol vurmağı bacarıb. 

•    “Yerv” (Norveç) - 2020–21

Onun bu kluba keçidi azad agent kimi baş tutub. Dieqo burada 46 matçda 13 qola imza atıb. 

•    “Deqerfors” (İsveç) – 2022-23 

Daha sonra Kampos İsveçə yollanıb. O, 56 oyunda 11 qol vurub. 2023-cü ildə həm məhsuldarlıq, həm də oyun baxımından diqqət çəkərək, Kosta Rika yığmasının “Gold Cup” turniri üçün heyətinə çağırılıb. 

•    “Alayuelense” (Kosta-Rika) - 2024–hazırda burada çıxış edir

2024-cü ilin yanvarında 2 illik müqavilə ilə “Alayuelense”yə transfer olunub. 

Milli Komanda Karyerası

Ballestero ilk dəfə U-20 yığmasında çıxış edib. O, 2023-cü ildə Kosta-Rikanın əsas milli komandasına çağırılıb. “Gold Cup” turnirində Martinikaya qarşı oyunda debüt edib və 89-cu dəqiqədə vurduğu qolla yadda qalıb.

Nailiyyətlər və Mükafatlar

•    KONKAKAF Mərkəzi Amerika Kubokunun bombardiri - 6 qol (2024)

•    Turnirin ən yaxşı oyunçusu və rəmzi heyətin üzvü

•    “Alayuelense” ilə Kosta-Rika kubokunun qalibi (2024)

Oyun Tərzi

•    Sol cinahda dinamik və çevik oyunu ilə tanınır

•    Uzaq məsafədən zərbələrə və müdafiəni yarmağa meyillidir

•    Yüksək sürət, texnika və balanslı oyun oxuma qabiliyyəti ilə fərqlənir

•    Komandada həm qol, həm də assist potensialı ilə seçilir.

Aleksandr Çertoqanov: "Millidəki futbolçular özlərinə inanmırlar"

“Şamaxı” “Qəbələ” ilə qarşılaşacaq

“Neftçi” çempion oldu - MÜKAFATLANDIRILDI

“Neftçi”də ayrılıq - RƏSMİ

Azər Salahlı: “Azərbaycandan və ölkə xaricindən təkliflərim var”

Избранный
24
1
apasport.az

2Источники