RU

“Son Zəng”də müharibədə həlak olan atasının geyimi ilə rəqs etdi - VİDEO

Ukraynanın İvano-Frankovsk vilayətindəki liseyin məzunu Kristina Marçukun “Son Zəng” tədbirindəki rəqsi izləyənləri duyğulandırıb.

Redaktor.az bizim.media.az-a  istinadən xəbər verir ki, Kristina buraxılış mərasimində atasının hərbi geyimi – kiteli ilə rəqs edib.

“Sənin kükrəyən gücün, inanılmaz qürurun var, mənim Kristinam. Atanın kiteli ilə etdiyin rəqs sadəcə rəqs deyil. Bu, sevgi, yaddaş və sənin tükənməz gücündür”, — deyə Kristinanın qohumu sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Kristina Marçukun atası 2022-ci ilin martında Rusiya ilə müharibədə həlak olub.


 

Избранный
13
4
redaktor.az

5Источники