RU

Azərbaycanlı alimdən “Türk xalqlarının ortaq fəlsəfəsi və filosofları” mövzusunda seminar

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

16 iyun 2025-ci il tarixində Türk Eli Beynəlxalq Cəmiyyəti tərəfindən “Türk xalqlarının ortaq fəlsəfəsi və filosofları” mövzusunda onlayn seminar keçirilib. Seminarın moderatoru Süleyman Demirel Üniversitesinin əməkdaşı, Dr. İbrahim Kuş bildirib ki, bu kimi seminarları keçirməkdə əsas məqsəd Türk xalqlarının ortaq mədəniyyətinin, tarixinin, ədəbiyyatının, fəlsəfəsinin formalaşdırılmasıdır.

Daha sonra moderator mövzu ilə bağlı məruzə etmək üçün sözü AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərliyə verdi. Öz növbəsində Faiq Ələkbərli Türk xalqlarının ortaq fəlsəfəsinin yazılmasının əhəmiyyətindən bəhs edib. O bildirib ki, hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosoflarından bəhs edildiyi halda, “Türk fəlsəfəsi” ilə “Türk filosofu” anlayışlarına nadir hallarda rast gəlmək mümkündür. Bütövlükdə isə “Türk fəlsəfəsi” və “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsində, dünya fəlsəfə tarixində özünəməxsus bir yeri olması fikrini söyləmək çox çətindir. Ən yaxşı halda Türk düşüncəsi, Türk fəlsəfəsi İudaizm, Buddizm, Zərdüştizm, Xristianlıq, İslamlıq və bu kimi dinmlərin ya da dini-fəlsəfi təlimlərin, mədəniyyətlərin müəyyən bir tərkib hissəsi kimi verilərək, onun müstəqil varlığından isə qətiyyən bəhs olunmur. Məsələn, Hind fəlsəfi təlimi buddizmə, Çin fəlsəfi təlimi konfusiliyə, Yunan fəlsəfi təlimi kosmologiyaya, İran/Fars fəlsəfi təlimi zərdüştlüyə Türk bilgələrin hər hansı əlavələrinin, şərhlərinin olması haqqında bilgilər verildiyi halda, müstəqil bir Türk fəlsəfəsinin adı çəkilməmişdir. Bizcə, “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsinə ya da dünya fəlsəfə tarixinə daxil olmamasına əsas səbəb də, ancaq həmin dini-fəlsəfi, fəlsəfi təlimlərin tərkib hissəsi kimi göstərilməsi olub. Məhz bunun nəticə olaraq ən yaxşı halda ilk Türk filosofları olaraq Orta çağda yaşamış Məhəmməd Farabi, Əbu Reyhan əl-Biruni, Əhməd Yəsəvi, Matrudi və başqalarının adları çəkilir ki, onlarda əsasən İslam mədəniyyətinin ya da ərəbdilli fəlsəfənin nümayəndələri kimi qələmə verilirlər. Üstəlik, hazırda “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları ilk növbədə və əsasən Türkiyə ilə məhdudlaşdırılır. Halbuki qədim dövr və orta çağda əsasən belə bir problem olmayıb. Yəni Türk xalqlarının mütəfəkkirləri hansı coğrafiyada və dövlətdə yaşmasından asılı olmayaraq Türk mütəfəkkiri, Türk bilgəsi kimi tanınmışdır. Ancaq hazırda müstəqil Türk dövlətlərində və müstəqil olmayan digər Türk xalqlarında “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları daha məhdud, milli-coğrafi (Azərbaycan filosofu, Qazax filosofu, Özbək filosofu, Tatar filosofu, Başqırd filosofu və b.) anlamda başa düşülür. Ona görə də, dəqiqləşdirilməlidir: Türk fəlsəfəsi ya da Türk xalqlarının fəlsəfəsi, Türk filosofu ya da Azərbaycan filosofu, Qazax filosofu, Türkmən filosofu və s. Bizcə, ən doğru, optimalı olanı Türk fəlsəfəsi və Türk filosofudur.

Mövzu ilə bağlı Türk Eli Beynəlxalq Cəmiyyətinin başqanı Sarvar İspaihi, Uşak Üniversitesinin əməkdaşı, doç.dr Ayşe Özdemir, AMEA Fəlsəfə və Sosiologiya institutunun aparıcı elmi işçisi, dos., dr. Zeynəddin Şabanov, Azərbaycandan Gülnurə xanım, Səbinə Rəhimova, Qazaxıstandan Nurgül Əbdürrəzakqızı, Özbəkistandan Məksudə Hacıyeva, Şahistoxan Ulcayeva və başqaları da çıxış ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
icma.az

1Источники