Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinin xüsusi tapşırığı ilə Pxenyana gəlib və orada Şimali Koreya lideri Kim Çen Inla görüşü gözlənilir.
Bu barədə TASS məlumat yayıb.
“Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinin xüsusi tapşırığı ilə Şimali Koreya rəhbərliyi ilə iyunun 4-də son səfəri zamanı əldə olunmuş razılaşmaların icrası çərçivəsində danışıqlar aparmaq üçün Pxenyana gəlib. Bu razılaşmalar Rusiya Federasiyası ilə Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Müqavilə çərçivəsində həyata keçirilir”, - məlumatda deyilir.
Xatırladaq ki, bu, Şoyqunun üç ay ərzində Şimali Koreyaya üçüncü səfəridir.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsində Kremlin yanında yer alıb:
_(1).jpg)
"Moskva tərəfi Pxenyanla müttəfiqlik münasibətlərini möhkəmləndirmək istəyir. Məhz Kreml Şimali Koreyada müxtəlif istehsalat sahələri açmaq niyyətindədir. Təbii ki, Pxenyan əvəzsiz yerə Rusiya-Ukrayna məsələsində Moskvaya dəstək verməyib. Təsadüfi deyil ki, iki ölkə arasında silah istehsalında müttəfiqlik yarana bilər. Bu isə öz növbəsində Şimali Koreyanın müdafiə sənayesinin inkişafına və ordusunun təkmilləşdirilməsinə şərait yaradacaq. Rəsmi Pxenyan bütün dünya ilə təcrid edilmiş vəziyyətdə olduğu üçün onu ümumilikdə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən dəstəkləyən iki ölkə var. Bunlar Rusiya və Çindir".
Politoloqun sözlərinə görə, Sergey Şoyqu Rusiya siyasi sistemində Şərq ölkələri ilə münasibətlərin bərpasında mühüm rol oynamış şəxsdir:
"Hələ onun müdafiə naziri olduğu dövrdən də Şimali Koreyayla hərbi əlaqələrin qurulması həyata keçirilirdi. Hazırda Təhlükəsizlik Şurasının katibi missiyasında Şoyqunun Pxenyana səfəri həmin siyasətin tərkib hissəsidir. Yenidən Moskva və Pxenyan arasında hərbi əməkdaşlığın gücləndirilməsi, Şimali Koreyanın müdafiə təchizatının yaxşılaşdırılması istiqamətində Kremlin atacağı addımlar bu görüşdə aktual olacaq".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.