RU

Ceyhun Sultanov: Klubun içində olmadan fikir bildirmək çətindir

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sabah"ın birinci mərhələdəki potensial rəqibləri məlumdur. Sport24.az xəbər verir ki, "bayquşlar" bu raundda "Şaxtyor" (Donetsk, Ukrayna), "Şerif" (Tiraspol, Moldova), "Sele" (Sloveniya) və "Spartak" (Trnava, Slovakiya) klublarından biri qarşılaşacaq. Tanınmış menecer Ceyhun Sultanov püşklə bağlı fikirlərini bölüşüb:"Avropa Liqasında zəif komanda olmur. Rəqiblərdən ən münasibi "Şerif" və Trnava "Spartak"ıdır. Bunlar düşsə, daha yaxşı olar. Vasili Berezutski gedişinə heç nə deyə bilmərəm. Kuboku götürdü və qərar belə oldu. Klubun içində olmadan fikir bildirmək çətindir. "Sabah"ın Avropa Liqasındakı ilk təcrübəsi, klubun beynəlxalq arenada yeni bir səhifə açması baxımından əhəmiyyətlidir. Komanda bu mərhələni keçməyə çalışacaq". Qeyd edək ki, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkü atılacaq. Püşkatma mərasimi bu gün saat 17:00-da baş tutacaq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
sport24.az

2Источники