RU

Dövlət qurumunda işə düzəltmək adı ilə dələduzluq etməkdə şübhəli bilinən qadın məsuliyyətə cəlb edilib

Dövlət qurumunda işə düzəltmək adı ilə 11 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinən qadın məsuliyyətə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 33 yaşlı Fidan Məmmədova saxlanılıb.

Belə ki, o, ayrı-ayrı vaxtlarda 11 vətəndaşı dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəltmək vədi ilə aldadaraq 42 min manata yaxın pul vəsaitini ələ keçirib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.
Избранный
2
32
7news.az

10Источники