RU

Hansı hallarda sarı işıqda yolayrıcını keçmək olar? RƏSMİ AÇIQLAMA VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sürücülərin işıqforun sarı işığında hərəkət edib-etməməsi ilə bağlı tez-tez mübahisəli situasiyalar yaranır. Qaydalara görə, sarı işıqda sürücü dayanmalıdır və bu, qırmızı işığa keçidi göstərən xəbərdarlıq siqnalıdır.

Lakin real yol şəraitində elə hallar olur ki, həmin anda dayanmaq arxadan gələn nəqliyyat vasitələri üçün qəza riski yaradır. Bəs belə vəziyyətdə sürücü necə davranmalıdır?

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev açıqlama verib. O bildirib ki, bəzi hallarda sürücünün sarı işıqda dayanması arxadan gələn nəqliyyat vasitələri üçün təhlükə yaradarsa və sarı işıqda keçmək son zərurət olarsa, bu halda, təbii ki, keçmək olar.

“Yaxud da ki, yol ayrıcına artıq daxil olmusuzsa sayrışıqda, təbii ki, yolu bitirməlisiniz ki, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə olmayasınız.”

Qeyd edək ki, bu cür hallar istisna olmaqla, sarı işıqda keçmək inzibati xəta kimi qiymətləndirilə bilər. Sürücülər yalnız real təhlükə və ya hərəkətin davam etməsi zərurəti olduğu hallarda bu keçidə yol verə bilərlər.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
avtosfer.az

1Источники