RU

İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər

“Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi”  İctimai Birliyi, "İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər" adlı layihə həyata keçirir.

QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi “İctimai iştirakçılıq haqqında” qanunun tətbiqini təkmilləşdirmək, ictimai nəzarəti təşviq etmək və vətəndaşların idarəetmədə iştirakını artırmaqdır. Məlumdur ki, ictimai nəzarət, dövlət qurumlarının şəffaflığını təmin edən və cəmiyyətin idarəetmədə fəal iştirakına şərait yaradan mühüm bir demokratik mexanizmdir.

Layihənin əsas istiqamətləri:

  • Hüquqi mexanizmlərin gücləndirilməsi və şəffaflığın artırılması
  • Vətəndaşların məlumatlılığının və iştirak imkanlarının genişləndirilməsi
  • Qeyri-hökumət təşkilatlarına dəstək və inklüzivlik təşəbbüslərinin təşviqi
  • Beynəlxalq təcrübənin öyrənilməsi və tövsiyələrin hazırlanması

Layihə çərçivəsində fəaliyyətlərə bir sıra regionda sorğular və dəyirmi masaların təşkil edilməsi, beynəlxalq təcrübənin öyrənilərək müqayisəli təhlilinin aparılması, layihənin nəticələri üzrə ictimai dinləmə və yekun hesabatın hazırlanması daxildir. Layihə ictimai nəzarətin inkişafına, idarəetmədə şəffaflığın artmasına və vətəndaşlarla dövlət arasında etimadın güclənməsinə töhfə verəcək. Layihə çərçivəsində görülən işlər barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim ediləcək

Избранный
9
4
qht.az

5Источники