RU

Təhlükə getdikcə böyüyür: QLOBAL SAVAŞ baş verə bilər

“İsrail-İran müharibəsi Yaxın Şərqin yenidən dizayn olunması prosesinin tərkib hissəsidir. Buna qədər ABŞ və İsrail ortaq şəkildə HƏMAS, Hizbullah problemlərini böyük ölçüdə həll ediblər. Bu qruplaşmalar İranın proksi qüvvələri idi. İndi isə ABŞ və İsrail birbaşa İrana hücuma keçib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə İranın təsirsiz vəziyyətə gətirilməsi planlaşdırılıb:

“Hələ ki, İranın strateji, hərbi obyektləri sıradan çıxarılır. Ağ Ev iddia edir ki, guya ABŞ bu məsələdə İsrailə kömək etmir, yaxud da İsrailin İrana hücumu ABŞ-ın razılığı olmadan reallaşdırılıb. Ancaq bu iddialar inandırıcı görünmür. Çünki İsrail ABŞ-ın dəstəyi və razılığı olmadan Yaxın Şərqdə heç bir addım atmaz. Belə anlaşılır ki, İrana qarşı bu savaş ABŞ-la əvvəlcədən planlaşdırılıb və İsrail tərəfindən də reallaşdırılır. Ən böyük təhlükə ondan ibarətdir ki, İsrail-İran savaşı uzanarsa, daha geniş areala yayıla bilər. Geniş miqyasa yayılmış savaşın iştirakçıları isə getdikcə çoxalacaq. Nəzərə almaq lazımdır ki, Çin, Rusiya İranın strateji tərəfdaşları sırasına daxildir. Rusiyanın başı Ukrayna savaşına qarışmış olsa da Çin İrana dəstək vermək barədə qərar qəbul edə bilər. Artıq bəzi məlumatlara görə, Çinin İrana hərbi dəstək məqsədilə qərar qəbul edəcəyi istisna deyil. Artıq bəzi məlumatlara görə, Çindən İrana hərbi dəstək məqsədilə içi silah-sursat dolu nəqliyyat təyyarələri göndərilir. Əgər Çin savaşa qatılarsa, ABŞ da birbaşa qatılmış olacaq. Nəticədə bəzi NATO, AB ölkələrinin də iştirakı ilə qorxunc bir qlobal savaş baş verə bilər”.

//Gülnarə Abasova, Editor.az

Избранный
6
editor.az

1Источники