RU

Tehran və Tel-Əvivə qarşılıqlı raket hücumları

İsrailin hücumları və İranın cavab tədbirləri ilə başlayan müharibə 5-ci gününə qədəm qoyub. İran gecə boyu İsrailə hücumlarını davam etdirib. Digər tərəfdən, İsrail raketləri fasilələrlə Tehranı vurmağa davam edib. Tramp və Netanyahu Tehran sakinlərini təxliyə etməyə çağırıb. İran həmçinin Tel-Əviv əhalisini şəhəri tərk etməyə çağırıb.

İyunun 13-də İsrailin İrana “Yüksələn Aslan” hücumu və buna cavab olaraq İranın qisas alması ilə başlayan müharibə 5-ci günündə də davam edir.

İsrailin hücumları nəticəsində İran Baş Qərargah rəisi Baqeri və İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Səlami kimi yüksək rütbəli hərbçilər də daxil olmaqla ən azı 224 nəfər həyatını itirib, 1277 nəfər yaralanıb.

İran da İsrailin “Yüksək Aslan” hücumuna cavab olaraq “Real Promise 3” adlı cavab zərbəsi endirib.

Yüzlərlə ballistik və hipersəs raketi ilə pilotsuz təyyarələrin atıldığı hücumda Tel-Əviv, Yerusəlim və Hayfada partlayışlar baş verib.

İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemindən yayınan İran raketlərinin partlaması nəticəsində 24 nəfər ölüb, 592 nəfər yaralanıb.

İsrail şəhərlərində tez-tez sirenlər səslənib.

İsrail ordusu ölkədəki hər kəsə İranın mümkün hücumuna qarşı sığınacaqların yaxınlığında qalma təlimatını təkrarlayıb.

***

07:00

İran mediasının məlumatına görə, İsrail Tehranın şimal-şərqində üç nöqtəni hədəf alıb.

 

06:27

İsrail ordusundan verilən açıqlamada, İrandan təxminən bir saat arayla atılan raketlərə görə ölkənin müxtəlif bölgələrində həyəcan siqnalı çaldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

İsrailin “Davudun Qırmızı Ulduzu” fövqəladə hallar xidməti, xəsarət alanların olmadığını açıqladı.

İsrailin “Yedioth Ahronoth” qəzeti birinci dalğada 3-dən 5-ə, ikinci dalğada isə 1-ə qədər raket atıldığını yazıb.

İsrail ordusu saat 02:00 radələrində ölkənin şimalında təsbit edilən pilotsuz uçuş aparatlarının da vurulduğunu iddia edib.

 

04:20

ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitindən erkən qayıtmaq qərarına gəlib və Milli Təhlükəsizlik Şurasını Ağ Evdə təcili iclasa çağırıb.

Tramp “Vaşinqtona məlum səbəblərdən mümkün qədər tez qayıtmalıyam”, – deyib.

03:20

Londonda yerləşən “Iran International” telekanalına danışan Netanyahu İsrailin İrana hücumlarının rejim dəyişikliyi üçün fürsət yaratdığını deyib.

İranda rejimin günlərinin bitdiyini iddia edən Netanyahu xalqı üsyana çağırıb. Netanyahu “İran yenidən böyük ola bilər”, – deyib.

Netanyahu, İranın nüvə proqramını və raket istehsal imkanlarını aradan qaldırmaq üçün hələ görüləcək işlərin olduğunu, lakin bunu tamamlayacaqlarını iddia edərək, İrandakı rejimin uzun müddət sağ qalmayacağını bildirib.

 

02:50

“Truth Social” hesabında İsrail və İran arasındakı gərginliklə bağlı yeni açıqlama verən Tramp, “İran söylədiyim müqaviləni imzalamalı idi. Bu, böyük insanlıq itkisidir. İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm. Tehrandakı hər kəs dərhal təxliyə edilməlidir”, – deyib.

 

01:00

İran yeni raket hücumuna başladığını açıqlayıb. SEPAH hücumun səhərə qədər davam edəcəyini açıqlayıb.

İsrail ordusunun hava hücumundan müdafiə sistemlərinin hücumların qarşısını almağa çalışdığı bildirilib.

Həyəcan siqnalı veriləndə insanlardan sığınacaqlara getmələri istənilib. İsrailin bir çox bölgəsində həyəcan təbili çalmağa başladığı bildirilib.

 

00:15

Hayfa Neft Emalı Şirkəti açıqlamasında bütün obyektlərində fəaliyyətin dayandırıldığını açıqlayıb.

İranın raket hücumları nəticəsində dünən İsrailin Hayfa şəhərində neft kəmərləri və elektrik ötürücü xətləri zədələnib, bəzi əməliyyatlar dayandırılıb, lakin obyektlərin ümumilikdə fəaliyyət göstərdiyi bildirilib. Hayfada yerləşən “Bazan Group” neft şirkəti elektrik stansiyasına ciddi ziyan dəydiyini və bütün neft emalı zavodlarının bağlandığını açıqlayıb.

Şirkət üç əməkdaşının həyatını itirdiyini bildirib.

Избранный
18
vaxt.az

1Источники