Fəzail Ağamalının sədr olduğu Ana Vətən Partiyasında ilin sonuna qədər qurultay keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Demokrat.az”a açıqlamasında Fəzail Ağamalı özü deyib.
O bildirib ki, partiyanın sədrliyindən getməsi gözlənilir:
"Ana Vətən Partiyası da bu ilin sonuna qədər qurultay keçirmək niyyətindədir. Hər halda, mənim partiyanın sədrliyindən getməyim gözlənilir. Bu baş verərsə, partiyanın yeni sədrinin seçilməsi qurultayın səlahiyyətində olacaq. Qurultay sədrlik vəzifəsini daşıya biləcək namizədlər içərisində kimə üstünlük versə, o da sədr olacaq".
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта