RU

Pentaqon: ABŞ ın İrana zərbə endirmək planı yoxdur

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 17 iyun, AZƏRTAC

ABŞ İrana zərbə endirmək niyyətində deyil, lakin Vaşinqton regiondakı maraqlarını müdafiə etməkdə qərarlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Şon Parnell özünün sosial media hesabında yazıb.

Bir müddət öncə, Pentaqon rəhbəri Pit Heqset ABŞ-ın Yaxın Şərq regionuna əlavə qüvvələr yerləşdirdiyini bəyan edib.

Bu arada Birləşmiş Ştatlar Yaxın Şərqə daha bir təyyarədaşıyan gəmi göndərib. “Fox News” telekanalının məlumatına görə, “USS Nimitz” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupu Cənubi Çin dənizindən Ərəb dənizinə yollanıb. “USS Carl Vinson” təyyarədaşıyan gəmisi isə artıq regiona çatıb.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Tehran isə buna cavab olaraq İsrail ərazisinə ballistik raket və PUA hücumu həyata keçirib. Hazırda qarşılıqlı hücumlar davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
4
azertag.az

5Источники