RU

Tramp İranla bağlı qərarını açıqladı

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp İranla yeni danışıqlara başlamağa o qədər də maraqlı olmadığını bildirib.

Metbuat.az “Reuters”ə istinadən xəbər verir ki, Tramp bu barədə açıqlamasında vitse-prezident Ceyms Devid Vensi və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoffun danışıqlarda iştirak edə biləcəyini qeyd edib.

Ağ Evin mövcud vəziyyət fonunda – xüsusilə də İsraillə İran arasında artan gərginlik şəraitində – Tehrana “son şans” verməyi planlaşdırdığı bildirilir. Trampın bu münaqişəni diplomatik yollarla həll etmək üçün cəhd göstərdiyi vurğulanıb.

Qeyd edək ki, ABŞ və İran indiyədək Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ilə bağlı beş raund danışıqlar aparıb. Sonuncu görüş mayın 23-də İtaliyanın paytaxtı Romada baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
54
1
metbuat.az

2Источники