RU

Yaxın gələcəkdə valideynlərin övladı üçün daha yaxşı məktəb seçməsinə ehtiyac qalmayacaq"- Vəfa Yaqublu

"Müəllimlərin sertifikasiyaysını aparmaqla təhsilin keyfiyyətini və onların rifahını düzəldirik".

Ölkə.Az xəbər verir ki, bu sözləri müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib. O bildirib ki, yaxən gələcəkdə valideynlərin övladları üçün daha yaxşı təhsil verən məktəb axtarmasına ehtiyac qalmayacaq:

"Çünki əminik ki, məktəblərdə ancaq sertifikasiya balı yüksək olanlar işləyəcək. Daha yaxşı məktəb seçməyə imkan qalmayacaq. Məktəblər təhsil səviyyəsinə görə yox, təhsildənkənar fəaliyyətlərinə görə seçəcəklər. Məsələn basketbol, dram dərnəkləri. 
Məqsədimiz hər bir məktəbi savadlı müəllimlərlə təmin etməkdir". 

Billurə Yunus

Избранный
14
1
olke.az

2Источники