RU

İran yeni növ raketlərini işə salıb - Hücumlar daha da güclənəcək

İran israilə qarşı yeni növ raketlərdən istifadə etməyə başlayıb. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Kayumars Heydariyə bildirib. 

“Yeni və qabaqcıl silahlardan istifadə etməklə kütləvi PUA hücumları başlayıb və onlar yaxın saatlarda daha da güclənəcək”, - deyə Heydariyə vurğulayıb. 

SNN-in məlumatına görə, İran artıq Tel-Əviv ətrafındakı Qlilot bazası yaxınlığındakı İsrail hərbi kəşfiyyatının logistika mərkəzinə hücum edib. 

Elcan Missiya.Az

Избранный
4
1
missiya.az

2Источники