RU

Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt

Ölkəmizdə bir çox məmurların dəyəri yüz min manatlarla ölçülən obyektlərə, evlərə, şirkətlərə sahib olmaları artıq adi hala çevrilib.

Qanunla vəzifə başında olan məmurun bizneslə məşğul olması qadağan olunmasına baxmayaraq, bu qanun sadəcə kağız üzərində qalıb. Aylıq vəzifə maaşları 1000-2000 manat civarında olan məmurların bahalı mülkləri, oyektləri hansı vəsaitlə əldə etmələri ictimaiyyət arasında həmişə geniş müzakirələrə yol açır.

Xalq-ın əldə etdiyi məlumata görə bahalı mülkə sahib olan məmurlardan biri də Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovdur.

Bildirək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Murad Nağıyev küçəsi, giriş 114 ünvanında inşa edilən obyekt Fəxrəddin Məmmədovun adına sənədləşdirilib.

Obyekt rəsmi sənədlərdə 50 kvadrat qeyd edilsə də, faktiki sahəsi daha çoxdur.

Fəxrəddin Məmmədovun adına sənədləşdirliən obyektin hazırkı bazar qiyməti 250-300 min manat dəyərləndirilir.

Məsələ ilə bağlı Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirildi ki, Fəxrəddin Məmmədovun adına olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Murad Nağıyev küçəsi, giriş 114 ünvanında qeyri yaşayış sahəsi ona məxsusdur amma fəaliyyət göstərmir.(Xalq.online)

[center]

[/center]

Избранный
12
yenisoz.az

1Источники