RU

Türkiyədə FETÖ əməliyyatı : 40 nəfər saxlanıldı

İzmir Baş Prokurorluğunun rəhbərliyi ilə, İzmir Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbələrinin birgə təşkilatçılığı ilə Fətullahçı Terror Təşkilatının (FETÖ) "Güncəl Təhsil Quruluşu" fəaliyyətlərinin ifşa olunması istiqamətində bu səhər saat 05:00-da genişmiqyaslı əməliyyat keçirilib.

 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əməliyyat İzmir mərkəzli olmaqla Ankara, Aydın, Balıkesir, Kocaeli və Denizli şəhərlərində eyni vaxtda həyata keçirilib.

 

Əməliyyat zamanı ümumilikdə 40 şübhəli şəxs yaxalanaraq həbs olunub.



Araşdırmalar nəticəsində məlum olub ki, terror təşkilatı üzvləri "hüceyrə evi" adlandırılan və təşkilati məqsədlə istifadə edilən 9 fərqli ünvanda fəaliyyətlərini davam etdirirlər. Bu evlərdə təşkilati toplantılar keçirildiyi, təşkilata yeni üzvlər cəlb olunaraq parçalanma mərhələsində olan təşkilatın ayaqda saxlanmağa çalışıldığı müəyyən edilib. Həmçinin, qeyri-qanuni yollarla xaricə qaçmağa çalışan təşkilat üzvlərinin müəyyən müddət bu evlərdə gizlədildiyi və uyğun şərait yarandıqda ölkədən çıxarılmağa çalışıldığı da aşkarlanıb.



Əməliyyat zamanı hüceyrə evində gizləndiyi müəyyən edilən 1 nəfər daxil olmaqla ümumilikdə 40 hədəf şəxs saxlanılıb. Aparılan axtarışlar zamanı 5 min 225 avro, 6 min 772 ABŞ dolları və 222 min türk lirəsi məbləğində nağd pul, eləcə də çox sayda rəqəmsal material ələ keçirilib.



Əlavə olaraq, əməliyyat çərçivəsində 3 şübhəlinin xaricdə olduğu, 2 qaçqın şübhəlinin isə axtarışlarının davam etdiyi bildirilib.

 

 

Избранный
17
7news.az

1Источники