ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın strateji aviasiyasının əsas mərkəzlərindən olan Engels-2 aviabazasında bir dənə də təyyarə qalmayıb. Reyting.az xəbər verir ki, bunu “Sentinel-2”nin peyk görüntüləri sübuta yetirir.Xatırladaq ki, Engels-2 aviabazasından uzun müddət Ukraynaya kütləvi raket hücumları zamanı, eləcə də Suriyadakı əməliyyatlarda “Tu-160” və “Tu-95MS” strateji bombardmançı təyyarələrin buraxılması üçün istifadə edilib. Ancaq baza indi tamamilə boşaldılıb.“Şəkillər yalnız mümkün saxta hədəfləri göstərir, real təyyarələri deyil”,- deyə hərbi müxbir Sergey Okunev bildirib.Hələ 2023-cü ildə Rusiya təyyarələrin konturlarını betona çəkərək onların olmamasını ört-basdır etməyə çalışsa da, artıq bu üsul effektivliyini itirir.Qeyd olunur ki, iyunun 1-də Rusiyanın dörd aviabazasını vuran Ukraynanın “Hörümçək toru” əməliyyatından sonra Moskva strateji aviasiyanın əsas qüvvələrini Uzaq Şərqə köçürüb. Analitiklərin fikrincə, ən azı 7 “Tu-160” bombardmançı təyyarəsi Anadır, Yelizovo və Kazana, 11 “Tu-22M3” təyyarəsi Amur vilayətinə, bir neçə “Tu-95MS” isə Engelsdən köçürülüb.V. QULİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.