Oxumeni.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“WhatsApp”da ilk dəfə olaraq reklamlar nümayiş olunacaq
“WhatsApp” messencerində 2009-cu ildə yarandıqdan sonra ilk dəfə olaraq reklamlar yer alacaq.
Oxuməni.az xəbər verir ki, bu barədə şirkətin bloqunda yeniliklər barədə məlumat verilib.
Messencer kanallara ödənişli abunəliklər, statuslardakı reklamlar və pul müqabilində kataloqda kanalın görünməsini artırmaq imkanı verəcək. Yeni funksiyalar "Status" və "Kanallar" bölmələrinin yerləşdiyi "Cari" sekmesinde görünəcək.
"WhatsApp" qeyd edib ki, reklamların nümayişi üçün məhdud istifadəçi məlumatlarından - onların abunə olduqları ölkə, dil, kanallar haqqında məlumatlar, həmçinin reklamla qarşılıqlı əlaqə haqqında məlumatlardan istifadə olunacaq.
Şirkət əmin edib ki, messencerdən yalnız yaxınları ilə ünsiyyət üçün istifadə edən insanlar heç bir dəyişiklik hiss etməyəcəklər.
“WhatsApp”ın yaradıcıları Yan Kum və Brayan Ekton messencerin mövcudluğunun ilk illərində heç vaxt reklam olmayacağını dəfələrlə vurğulamışdılar. “Facebook” 2014-cü ildə “WhatsApp”-ı satın alanda şirkət təsisçilərin messencerdə reklamların olmaması siyasətini davam etdirəcəyini vəd etmişdi. Kum və Ecton 2018-ci ilə qədər “WhatsApp”-ı tərk etdilər.
“WhatsApp” dünyanın ən populyar messenceridir və ondan hər gün bir milyarddan çox insan istifadə edir.
Almaz Həsənli
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.