RU

"“Mossad”ın əməliyyat mərkəzini vurduq” - İran

İsrail və İran arasındakı müharibə beşinci gününə daxil olub və gərginlik getdikcə artır. İsrail ordusu İranın dövlət televiziyasına raket hücumu təşkil edib, nəticədə 3 nəfər həyatını itirib. İsrail, həmçinin İranın fövqəladə hallar üzrə komandanı Əli Şadımanini zərərsizləşdirdiyini iddia edir, lakin Tehran tərəfindən hələlik rəsmi açıqlama verilməyib.


İran İslam İnqilabı Keşikçiləri Korpusu isə İsrailin kəşfiyyat xidməti “Mossad”a məxsus əməliyyat mərkəzinə zərbə endirdiklərini bildirib, lakin əməliyyatın detalları ictimaiyyətə açıqlanmayıb. 


Sfera.az xatırladır ki, İsrail 13 iyun tarixində “Yüksələn Aslan” adlı hərbi əməliyyata start verib, İran isə buna cavab olaraq “Gerçək Vəd 3” əməliyyatı ilə genişmiqyaslı hücumlara başlayıb.

 

İsrailin hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqiri və İnqilab Keşikçiləri Ordusunun komandanı Hüseyn Səlami də daxil olmaqla azı 224 nəfər həlak olub, 1277 nəfər isə yaralanıb. Müharibənin yaxın günlərdə daha da şiddətlənəcəyi ehtimal olunur. Ən son xəbərləri Sfera.az saytından izləyə bilərsiniz.

 

Bəsti Rəfizadə
Sfera.az

Избранный
9
1
sfera.az

2Источники