ain.az, Azpost portalına istinadən məlumat yayır.
Bağlamaların gecikməsi və ya itməsi ilə bağlı StarexGlobal.az şirkətinə yönələn şikayətlər var. AzPost bildirir ki, son olaraq sosial şəbəkələrdə istifadəçi Günel Axundova bu kuryer şirkətindən narazılığını bölüşüb.
Şikayətçi bildirib ki, Amazon üzərindən sifariş etdiyi iki bağlamadan biri ona çatdırılsa da, digər bağlama uzun müddət “çeşidləmə” statusunda qalıb. Dəfələrlə StarexGlobal-a müraciət etdiyini deyən vətəndaş yalnız “araşdırılır” cavabı alıb. Daha sonra isə sifarişinin statusu “uğursuz çatdırılma” olaraq dəyişdirilib və bir müddət müştəri ilə heç bir əlaqə saxlanmayıb.
“12 fevral və 30 aprel tarixlərində rəsmi qaydada şikayət etdikdən sonra mənimlə əlaqə saxlanıldı. Bildirildi ki, məbləğ geri qaytarılacaq, kart məlumatlarım alındı. Lakin o vaxtdan bu günə qədər heç bir cavab verilmir. Son ümidim kimi Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdim. Onlar məsələni nəzarətə götürdüklərini desələr də, artıq həftələr keçib, dəyişən heç nə yoxdur.” — deyə şikayətçi vurğulayıb.
Qeyd edək ki, bu Günel Axundovanın StarexGlobal.az ilə bağlı ilk narazılığı deyil. Daha əvvəl də oxşar səbəbdən şikayətini barədə məlumat dərc etmişdik.
Məsələ ilə bağlı StarexGlobal.az hər hansı açıqlama verməyib.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.